Cəlilabadda avtomobil dirəyə çırpılıb, iki nəfər xəsarət alıb

Cəlilabadda avtomobil dirəyə çırpılıb, iki nəfər xəsarət alıb
# 22 may 2018 15:32 (UTC +04:00)

Cəlilabadda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, VAZ 2106 markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb və dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alan Hüseyn Kəmaləddin oğlu Həsənov və Mehdi Arzu oğlu Abdullazadə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onlara yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR