Azərbaycanın xalis maliyyə aktivləri 7,2 mlrd. dollar artıb

Azərbaycanın xalis maliyyə aktivləri 7,2 mlrd. dollar artıb
# 24 oktyabr 2017 09:49 (UTC +04:00)

2016-cı ilin yanvar-dekabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 7,2 mlrd. dollar artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd edilib.

Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (2 mlrd. 573,6 mln. dollar), portfel investisiyaları (-44,3 mln. dollar), törəmə maliyyə alətləri (-0,7 mln. dollar) və digər investisiyalar (4 mlrd. 715,8 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə xalis maliyyə öhdəlikləri isə 4,5 mlrd. təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4 mlrd. 499,6 mln. dollar), portfel investisiyaları (443,6 mln. dollar), digər investisiyalar (-460,3 mln. dollar) hesabına formalaşıb.

2016-cı ildə ehtiyat aktivləri 539,2 mln. dollar məbləğində azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR