Gürcüstanın keçmiş energetika naziri Tbilisi merinin müavini təyin olunub

Gürcüstanın keçmiş energetika naziri Tbilisi merinin müavini təyin olunub
# 13 noyabr 2017 12:49 (UTC +04:00)

Gürcüstanın keçmiş energetika naziri İlya Eloşvili Tbilisi şəhərinin yeni meri Kaxa Kaladzenin müavini təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, K. Kaladzenin İ. Eloşvilidən başqa daha 4 müavini olacaq. Bunlar İrakli Xmaladze, Maya Bitadze, Giqa Nikolaişvili və İrakli Bendelianidir.


K. Kaladze bildirib ki, Tbilisi şəhərinin inkişaf proqramının həyata keçirilməsi üçün güclü komanda və enerjili insanlar tələb olunur.

Xatırladaq ki, Gürcüstan hökumətində həyata keçirilmiş islahatlar nəticəsində Energetika Nazirliyi ləğv olunaraq səlahiyyətləri İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə verilib. İ. Eloşvili 2017-ci ilin iyulun 12-dən energetika naziri vəzifəsini icra edib. Bu vəzifəyə qədər o, keçmiş energetika naziri K. Kaladzenin müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR