Gürcüstanın hakim partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədini dəyişib

Gürcüstanın hakim partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədini dəyişib
# 18 sentyabr 2017 13:42 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədini dəyişib.

APA-nın yerli bürosunun məlumatına əsasən, öncə irəli sürülmüş namizəd Amiran Giorqadze Teymuraz Abasovla əvəzlənib.

Hakim partiya gözlənilməz qərarın səbəbini açıqlamayıb.

“Gürcü arzusu” partiyası Amiran Giorqadzenin Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədliyinin rəsmən bu ayın sonunda təqdim etməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR