Trampın müşaviri: “ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planlaşdırmır”

Trampın müşaviri: “ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planlaşdırmır”
# 25 avqust 2017 21:09 (UTC +04:00)

Yaxın gələcəkdə ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planlaşdırmır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qerbert Makmaster bəyan edib.

“İstənilən qərarı regiondakı tərəfdaşlarımızla qəbul edəcəyik . Yaxın gələcəkdə hər hansı hərbi əməliyyatın keçirilməsi planlaşdırılmır. Bununla belə, vəziyyətdən asılı olaraq müxtəlif variantları nəzərdən keçirməyə davam edəcəyik”, deyə Q.Makmaster qeyd edib.

Bu gün ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib. Cəza tədbirləri maliyyə sahəsini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR