Kanadada qəzaya uğrayan hərbi təyyarənin pilotu ölüb - YENİLƏNİB

Kanadada qəzaya uğrayan hərbi təyyarənin pilotu ölüb - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2016 22:46 (UTC +04:00)

Kanadada qəzaya uğrayan hərbi təyyarənin pilotu ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kanada hərbçiləri bildirib.

Məlumata görə, insidentlə bağlı araşdırmalara başlanacaq. Kanada Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Alberta və Saskaçevan ştatlarının sərhədində, Kold-Leyk gölü yaxınlığında qəzaya uğrayıb.

***

00:18

Kanada Hərbi Hava Qüvvələrinə məxsus “CF-18 Hornet” qırıcısı qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə CTV News telekanalı məlumat verib.

İnsident ölkənin qərbində, Alberta ştatında qeydə alınıb.

Hələlik qəzanın səbəbi və pilotun taleyi bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR