"Azərenerji" problemi aradan qaldırıb - YENİLƏNİB

"Azərenerji" problemi aradan qaldırıb - <span style="color: red;">YENİLƏNİB
# 05 yanvar 2017 09:17 (UTC +04:00)

"Əhmədli" yarımstansiyasında paylaşdıran texniki qurğular sistemində baş vermiş fasilə aradan qaldırılıb.

"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində bölmədə gərginlik bərpa edilib və qidalananlar elektrik enerjisi ilə təmin olunub.

"Belə halların baş verməməsi üçün enerji sistemdə daim profilaktik tədbirlər aparılır və yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir", - deyə dövlət şirkətindən bildirilib.

*** SAAT 10:47

Bakının bəzi hissələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.

"Azərişıq" ASC Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, gecə saatlarında dövlət şirkətinə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında baş vermiş qısa qapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb və Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

"Azərenerji" ASC və "Azərişıq" ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində baş vermiş fəsadlar aradan qaldırılaraq yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC abonentlərindən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR