Fransada Milad yarmarkasında 3,5 min nəfər təxliyə edilib

Fransada Milad yarmarkasında 3,5 min nəfər təxliyə edilib
# 22 dekabr 2019 04:38 (UTC +04:00)

Fransanın Nitsa şəhərində Milad yarmarkasına qatılan 3500 nəfər polis tərəfindən təxliyə edilib.

APA “İzvestiya”ya istinadən xəbər verir ki, buna səbəb yarmarkada partlayıcı qurğunun yerləşdirilməsi ilə bağlı xəbərin yayılması olub.

Şəhər meri Kristian Estroz bildirib ki, məlumat doğru olmayıb.

Polis yalan məlumat yayan şübhəli şəxsi təhlükəsizlik kamerasının köməkliyi ilə müəyyən edərək saxlayıb.

İnsanların təxliyəsi 20 dəqiqə ərzində başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR