Gürcüstanda Temur Abazova azadlıq tələbi ilə aksiya keçirilib

Gürcüstanda Temur Abazova azadlıq tələbi ilə aksiya keçirilib
# 26 iyul 2018 13:33 (UTC +04:00)

Gürcüstanda Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Rustavi şəhər məhkəməsi binasının qarşısında keçirilən aksiyanın iştirakçıları əllərində “Temur Abazova azadlıq!”, “Bizim meri qaytarın!” şüarlarının yazıldığı plakatlar tutublar.

Onlar bildiriblər ki, T. Abazov günahsızdır və o, heç bir sübut olmadan həbs olunub.

Rustavi şəhər məhkəməsində bu gün T. Abazovun işi üzrə iclasın keçirildiyi bildirilir.

Qeyd edək ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, həbs olunub. İş üzrə ilkin məhkəmə dinləmələri avqustun 6-na təyin olunub. T. Abazov günahını etiraf etməyərək, qanunu pozmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR