Meliorasiya və irriqasiya üzrə icra orqanının səlahiyyəti məhdudlaşdırılır

Meliorasiya və irriqasiya üzrə icra orqanının səlahiyyəti məhdudlaşdırılır
# 28 noyabr 2017 09:18 (UTC +04:00)

Azərbaycanda meliorasiya və irriqasiya üzrə icra orqanının səlahiyyəti məhdudlaşdırılır.

APA-nın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Meliorasiya və irriqasiya haqqında” qanunun 13-cü (Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri) maddəsinə ixtisar müzakirə edilib.

Layihəyə əsasən maddədən “qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətlər” sözləri çıxarılır.

Bildirilib ki, bu müddəanın mövcudluğu vəzifədən sui-istifadə hallarına səbəb olur, ona görə də çıxarılması qərara alınıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR