Vilyam Lahyü: “Gürcüstan NATO-ya üzv olmaq üçün daha yaxşı hazırlaşa bilər”

Vilyam Lahyü: “Gürcüstan NATO-ya üzv olmaq üçün daha yaxşı hazırlaşa bilər”
# 06 dekabr 2016 21:11 (UTC +04:00)

NATO Gürcüstanın Müdafiə Nazirliyinin islahatlarla bağlı həyata keçirdiyi tədbirləri dəstəkləyir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri NATO-nun Gürcüstandakı əlaqə ofisinin rəhbəri Vilyam Lahyü açıqlamasında bildirib. Onun sözlərinə görə, islahatların həyata keçirilməsi nəinki nazirliyin vəzifəsi, həmçinin bütün ölkə və hökumətin borcudur: “Xüsusilə, parlamentin dəstəyi lazımdır ki, hökumət xalqın maraqlarına uyğun qərarları təmin etsin. Gürcüstan NATO-ya üzv olmaq üçün daha yaxşı hazırlaşa bilər və ölkəni daha yaxşı qorumaq üçün silahlı qüvvələrdə yenidənqurma işləri həyata keçirə bilər. Ölkənin silahlı qüvvələri yüksək hazırlıq səviyyəsinə çatanda isə Gürcüstan NATO-ya üzv ola bilər”, - deyə Vilyam Lahyü bildirib.

V. Lahyü həmçinin hərbi büdcə məsələsinə də toxunub və hökumətin müdafiə üçün nə qədər xərc çəkiləcəyinin hesablanmasını bildirib: “Hərbi büdcənin necə olacağı barədə siz mütəxəssislərlə və hərbi ekspertlərlə məsləhətləşməlisiniz. Bu, dünyanın hər yerində baş verir”, - deyə NATO-nun Gürcüstandakı əlaqə ofisinin rəhbəri qeyd edib.

NATO rəsmisi qeyd edib ki, NATO hadisələrin gedişini və kütləvi informasiya vasitələrinin azad və müstəqil olmağını və şəffaf siyasi prosesi, qanunun aliliyi və qanunların qorunmasını izləyir”, - deyə V. Lahyü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR