Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini təqdim edib

Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini təqdim edib
# 05 oktyabr 2017 08:22 (UTC +04:00)

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib.

Xarici İşlər Nazirliyinin ( XİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov prezident İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.


Prezident cənab E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.


Görüşdə səfir R.Aslanov Prezident cənab E.Moralesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Prezident cənab E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR