BTC kəməri nəql olunan Türkmənistan neftinin həcmi 10,5% azalıb

BTC kəməri nəql olunan Türkmənistan neftinin həcmi 10,5% azalıb
# 05 oktyabr 2017 11:03 (UTC +04:00)

2017-ci ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 491,931 min ton Türkmənistan nefti nəql olunub.


"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, Xəzəryanı ölkənin BTC ilə nəql etdiyi neftin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə 117,771 min ton və ya 31,48% çoxdur. Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında BTC kəməri ilə 374,160 min ton Türkmənistan nefti nəql olunub.

2017-ci ilin avqust ayında Türkmənistan BTC ilə 549,434 min ton neft nəql edib. Başqa sözlə, avqust ayı ilə müqayisədə sentyabrda adıçəkilən kəmərlə nəql olunan Türkmənistan neftinin həcmi 57,503 min ton və ya 10,46% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR