Moldovanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Moldovanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq
# 26 oktyabr 2016 14:14 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialından APA-ya verilən məlumata görə, Bakı filialının əməkdaşları həmin seçki məntəaəsində olacaq və səsvermənin gedişini müşahidə edəcəklər. Qeyd edək ki, bu qurum Moldovanın Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR