Türkiyə lirəsi tarixi antirekorda imza atıb

Türkiyə lirəsi tarixi antirekorda imza atıb
# 13 oktyabr 2016 11:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyə lirəsi tarixi minimumu yeniləyib.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bugünkü ticarət sessiyasında lirənin dollara qarşı məzənnəsi 0,6% ucuzlaşaraq 3,1057 səviyyəsinə enib. Beləliklə, lirə yeni antirekorda imza atıb.

Bundan öncəki antirekord 3,0973/$1 olub ki, bu da Türkiyədə hərbi çevrilişə cəhd olunan dövrə təsadüf edib.

Türkiyə Mərkəzi Bankı (TBM) dəfələrlə faiz dərəcəsini endirərək digər inkişaf etməkdə olan ölkələr fonunda lirənin gəlirliliyini azaldıb.

Sentyabrda tənzimləyici faiz dərəcəsini 25 bənd endirib. Tənzimləyicinin növbəti iclası oktyabr ayının 20-də keçiriləcək. Ekspertlər hesab edir ki, TMB növbəti dəfə uçot dərəcəsini endirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR