Təhqirə görə dostunu öldürən şəxsin məhkəməsi başlayıb

Təhqirə görə dostunu öldürən şəxsin məhkəməsi başlayıb
# 29 dekabr 2016 11:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rza Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil R. Bayramov R.Bayramovun barəsində cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə kollegiyası vəsatəti təmin etməyib.

Məhkəmə baxışı yanvarın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini Rza Bayramov münaqişə zəminində Bakı şəhər sakini Elşən Qafarovu bıçaqlayıb. Elşən Qafarov hadisə yerində ölüb.

Hadisəni törədən Rza Bayramov polisə gələrək təslim olub. Hadisənin təhqir üstündə baş verdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR