Ötən il manatda yerləşdirilən əmanətlərin həcmi artıb

Ötən il manatda yerləşdirilən əmanətlərin həcmi artıb
# 10 fevral 2017 14:25 (UTC +04:00)

2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 448,7 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 517,2 mln. manatı (20,4%) milli valyuta, 5 mlrd. 931,4 mln. manatı (79,6%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 97 mln. manat və ya 6,83% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 2 122,3 mln. manat və ya 26,4% azalma var.

Bununla yanaşı, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda manatda olan əmanətlərin həcmi 86,7 mln. manat və ya 6,1%, xarici valyutada olan əmanətlərin həcmi isə 243,9 mln. manat və ya 3,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR