İspaniya La Liqası “Real”ın futbolçusu Xavi Sançesin “Valensiya”ya keçidinə icazə verib.
Apasport.az saytının məlumatına görə, “yarasalar” mərkəz müdafiəçisini “transfer pəncərəsi”ndən kənar müddətdə heyətinə qata biləcək.
“Kral klubu”nun “Valyadolid”ə icarəyə verdiyi futbolçunun keçidinə razılıq verilməsi “Valensiya”nın quruma müraciəti əsasında gerçəkləşib. Eskiel Qarayın zədə səbəbindən mövsümün yerdə qalan hissəsini buraxmaq ehtimalını nəzərə alan La Liqa “yarasalar”ın istəyini müsbət cavablandırıb. “Real” və “Valyadolid” klubları da 22 yaşlı müdafiəçinin icarə əsasında yeni komandaya qoşulmasına razı olub.
Qeyd edək ki, bir müddət əvvəl “Barselona” eyni yolla hücumçu Martin Braytveyti heyətinə qatıb.
“Real”ın müdafiəçisinin “Valensiya”ya keçidinə icazə verilib
22 fevral 2020 09:26 (UTC +04:00)
Futbol
AVRO-2024: İngiltərə Serbiyanı məğlub edib
00:54
17 iyun 2024
Sloveniya Danimarka matçında qalib müəyyənləşməyib
21:58
16 iyun 2024
Niderland minimal fərqlə qələbə qazanıb
18:54
16 iyun 2024
Polşa-Niderland futbol oyunundan əvvəl polisə hücum edilib, silahlı müdaxilə olub - FOTO - VİDEO
16:16
16 iyun 2024