Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub
# 10 iyul 2018 03:37 (UTC +04:00)

Qazaxıstan-Çin sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yerli vaxtla saat 06:17-də qeydə alınan yeraltı təkanların episentri Keqen yaşayış məntəqəsindən 106 km şərqdə, ocağı 1 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR