Sumqayıt Kimya Sənaye Parkının əmlakını mühafizə edəcək şirkətin adı açıqlanıb

Sumqayıt Kimya Sənaye Parkının əmlakını mühafizə edəcək şirkətin adı açıqlanıb
# 03 fevral 2017 06:19 (UTC +04:00)

"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən parkın ərazisində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.


"APA-Economics" xəbər verir ki, açıq tenderin nəticələri haqqında tender komissiyasının 27 yanvar 2017-ci il tarixli qərarına əsasən, "Gesco" ASC qalib elan edilib.

ASC ilə fevralın 1-də müvafiq satınalma müqaviləsi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR