AzFinance: Metak istiqrazları 2018-ci il üçün ən yaxşı investisiya aləti olacaq

 AzFinance: Metak istiqrazları 2018-ci il üçün ən yaxşı investisiya aləti olacaq
# 29 yanvar 2018 08:25 (UTC +04:00)

Azərbaycanda polad və plastik boruların istehsalı ilə məşğul olan “Metak” şirkətinin istiqrazlarını əldə etmək mümkündür. “Metak” istiqrazlarının 2018-ci ildə ən yaxşı investisiya aləti olacağı hesab olunur. Bunu istiqrazın göstəriciləri bir daha sübut edir.

Bank depozitlərindən üstündür

Belə ki, adı çəkilən istiqrazın gəlirliyi bankların təklif etdiyi gəlirlikdən yüksəkdir. Hazırda banklarda manatla depozitlər illik 10%-13%, dollarda 1%-3% olduğu halda, “Metak” istiqrazları illik 14%-lə təklif olunur.

Riski bankların riskindən azdır

Bundan başqa, banklarda xarici valyuta məzənnələrində yarana bilən və ya bankın əleyhinə olan dəyişikliklər, həmçinin bankın xarici valyutada olan aktivlərinin dəyərdən düşməsi nəticəsində, bank riskləri yarana bilər. Bundan başqa, banklara xas olan bir neçə likvidlik risklərinin (Kreditlər üzrə ödənişlərin gecikdirilməsi nəticəsində yaranan likvidlik riski, müştərilərin vəsaitlərinin vaxtından əvvəl çıxarılması nəticəsində yaranan likvidlik riski, kredit xətlərindən həddindən çox istifadə edilməsi nəticəsində yaranan likvidlik riski, aktivlərin və passivlərin ödəniş müddətləri arasında, habelə, müddətlərə bağlı olaraq məbləğlər arasında yaranan uyğunsuzluq və uçurum nəticəsində yaranan likvidlik riski) olduğu halda “Metak” istiqrazlarında bu risklər demək olar ki, sıfıra bərabərdir. Çünki, bir qayda olaraq istiqraz verən, istiqraz ixrac edən şirkətin mənfəət-zərər riskinə qatılmır. Metak istiqrazlarının gəliri hər zaman sabitdir. Məhz bu göstəriciyə görə istiqrazlar səhmlərdən də üstün sayılırlar. Çünki, səhmlərdə səhm sahibləri şirkətin aktivlərindən bütün borclar ödənildikdən sonra qalan gəliri bölür.

İlin əvvəlində investisiya edib il ərzində gəlir götürmək mümkündür

Metak istiqrazlarına sahib olanlar ilin əvvəlində investisiya edib il ərzində gəlir götürmək imkanına malik olacaqlar. Belə ki, istiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 aydan bir ödəniləcək.

Əlavə olaraq, istiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınmasına imkan verir.

Likvidillik

Metak istiqrazlarının likvidilliyi yüksəkdir. Belə ki, AzFinance hər bir alıcıya onun istədiyi tarixdə istiqrazları geri almaq barədə seçim təqdim edir.

Bununla da Azərbaycanda ilk dəfə AzFinance investisiya şirkəti müəssisə istiqrazına sahib olmaq imkanı yaradır.

Metak istiqrazları bir illikdir və bu istiqrazları bir il saxlayıb daha sonra AzFinance investisiya şirkətinə satmaq mümkündür.

Alternativlər daha aşağı faizli gəlirlər vəd edir

Metak istiqrazların alternativ olan digər korporativ istiqrazlar 5%-6% təklif etdikləri halda Metak istiqrazları illik 14 % gəlirlilik təklif edir. Qeyd edək ki, Metak istiqrazlarının yerləşdirilməsi xarici valyutanın stabilliyi dövrünə təsadüf edir.

Xatırladaq ki,“Metak” istiqrazlarının sayı 2 000 (iki min) ədəddir. Hər birinin nominal dəyəri isə 1 000 (min) manatdır.

Metak istiqrazları ilə bağlı ətraflı məlumat almaq üçün 012 310 33 30 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Telegram https://t.me/AzfinanceInvestment

Instagram @Azfinance

Twitter @Azfinance2

Facebook https://www.facebook.com/AzFinanceInvest/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR