ATƏT: Donbasda münaqişə tərəfləri ağır silahları geri çağırmağa razılaşıblar

ATƏT: Donbasda münaqişə tərəfləri ağır silahları geri çağırmağa razılaşıblar
# 01 fevral 2017 17:56 (UTC +04:00)

Donbasda münaqişə tərəfləri fevralın 5-dək ağır silahları geri çağırmağa razılaşıblar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

“Münaqişə tərəfləri fevralın 5-dək silahları geri çəkməyə razılaşıblar. Lakin Ukrayna üzrə təmas qrupunun son bəyanatında atəşkəsin pozulmasına görə hər hansı sanksiya nəzərdə tutulmayıb”, deyə M.Saydik bildirib.

Onun sözlərinə görə, təmas qrupunun iclasında əsas mövzu təhlükəsizliyin bərpası olub.

Bundan əvvəl Minskdə keçirilən görüşdə Ukrayna üzrə təmas qrupu tərəfləri fevralın 5-dək silahları geri çəkməyə çağırıb.

Qeyd edək ki, Donbas regionunda son günlər vəziyyət gərginləşib. Tərəflər atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR