DGK: Rusiyaya ixrac edilən 18 ton pomidorun geri qaytarılması faktı baş verməyib

DGK: Rusiyaya ixrac edilən 18 ton pomidorun geri qaytarılması faktı baş verməyib
# 22 noyabr 2017 12:15 (UTC +04:00)

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

APA-Economics” Dövlət Gömrük Komitəsinin məlumatına istinadən bildirir ki, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Məlumatda deyilir ki, hazırda Rusiya ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR