Abşeron rayonunda yaşayış binasında 10 elektrik sayğacı yanıb

Abşeron rayonunda  yaşayış binasında 10 elektrik sayğacı yanıb
# 27 oktyabr 2016 04:38 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR