Azərbaycanda şirkətlərdən biri nizamnamə kapitalını 1000 dəfə azaldıb

Azərbaycanda şirkətlərdən biri nizamnamə kapitalını 1000 dəfə azaldıb
# 01 avqust 2018 07:45 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri nizamnamə kapitalını 1000 dəfə azaldıb.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Belmont Caspian" MMC bununla bağlı kreditorlarına müraciət edib.

Məlumatda bildirilir ki, "Belmont Caspian" MMC-nin iştirakçılarının avqustun 1-də verdiyi qərarla cəmiyyətin nizamnamə kapitalı bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə 100 min manatdan 100 manatadək azaldılır.

"Bütün kreditorların nəzərinə çatdırılır ki, bir ay müddətində onlar cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, bununla əlaqədar düşdükləri zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR