Bakıda binada yanğın olub, 1 azyaşlı tüstüdən zəhərlənib, 2 sakinr təxliyə olunub

Bakıda binada yanğın olub, 1 azyaşlı tüstüdən zəhərlənib, 2 sakinr təxliyə olunub
# 16 yanvar 2018 22:27 (UTC +04:00)

Bakıda yanğın hadisəsi baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR