Əhməd Davudoğlunun xüsusi məsləhətçisi olmuş səfir dövlət qulluğundan qovulub

Əhməd Davudoğlunun xüsusi məsləhətçisi olmuş səfir dövlət qulluğundan qovulub
# 30 oktyabr 2016 06:07 (UTC +04:00)

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində terror təşkilatlarına üzv, mənsub olmaqda, yaxud terror fəaliyyətində iştirakda şübhəli sayılan 10 min 159 nəfər dövlət qurumlarından xaric edilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərara əsasən Türkiyə Böyük Millət Məclisindən 32 nəfər, Dini İşlər Nazirliyindən 249 nəfər, Ədliyyə Nazirliyindən 2 min 534 nəfər, Təhsil Nazirliyindən 2 min 219 nəfər, Səhiyyə Nazirliyindən 2 min 774 nəfər, universitetlərdən isə 277 nəfər işdən çıxarılıb.

Xaric edilənlər arasında sabiq baş nazir Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dönəmdə xüsusi məsləhətçisi olmuş səfir Əhməd Tuta və sabiq Qüds səfiri Mustafa Sarnıç da yer alıb.

Türkiyə Silahlı Qüvvələrindən 101 hərbçi xaric olunub. Bu arada Türkiyə Silahlı Qüvvələrindən bundan əvvəl vəzifəsindən uzaqlaşdırılmış 2-i general olmaqla 39 hərbçi vəzifələrinə bərpa ediliblər. Vəzifələrinə bərpa edilən generallar Bekir Sıtkı Cebeci və Melih Hamdi Ünaldır. Türkiyə parlamentində 3 nəfər, Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəetməsi Nazirliyində 1 nəfər, Təhsil Nazirliyində 31 nəfər də vəzifələrinə qaytarılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR