İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq istiqrazları yerləşdirilib

İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq istiqrazları yerləşdirilib
# 01 fevral 2018 14:21 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC-nin 25 mln. manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 004,5833 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln. manat təşkil edib.

İstiqrazların son ödəmə tarixi 08 sentyabr 2040-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR