Misirdə kilsələrdə partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb - YENİLƏNİB

Misirdə kilsələrdə partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 09 aprel 2017 15:37 (UTC +04:00)

Bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb, 100-dən çox yaralı var.

APA-nın TASS agentliyinə istinadən, bunu Misir Səhiyyə Nazirliyi açıqlayıb.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 31 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 13 nəfər ölüb.

***

saat 16.30

Bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində 40 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 10 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR