Keçən il Naxçıvanda yol-nəqliyyat qəzalarında 12 nəfər ölüb

Keçən il Naxçıvanda yol-nəqliyyat qəzalarında 12 nəfər ölüb
# 16 yanvar 2018 21:11 (UTC +04:00)

Naxçıvanda 2017-ci il ərzində 13 yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi Kollegiyası iclasında Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Fazil Ələkbərov bildirib.


Qəzalar nəticəsində 12 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 2016-cı illə müqayisədə qəzaların sayı 7 fakt, ölənlərin sayı isə 8 nəfər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR