Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın iclası keçirilib
# 08 dekabr 2017 12:18 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın iclası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə vətəndaş cəmiyyəti, hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak edib.

İclas iştirakçıları 2016-cı il üzrə İcmal hesabatın layihəsi, HSŞ Komissiyasının 2018-ci il üzrə İş Planı və HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) ətrafında müzakirələr apararaq müvafiq qərarlar qəbul edib.

Qeyd edək ki, bu gün ARDNF-də Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən HSŞ üzrə 2016-cı ili əhatə edən ümumiləşdirilmiş hesabat təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR