İranın Ərdəbil şəhərində güclü partlayış baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.
Ərdəbil şəhərinin yanğınsöndürmə idarəsinin rəisi Məhəmmədrza Yəqubi deyib ki, ilkin ehtimala əsasən hadisəyə partlayıcı oyuncaqlar və pirotexniki vasitələr səbəb olub.
Təhqiqat aparılır.