İyunda Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb

İyunda Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb
# 08 avqust 2017 16:39 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 174,6 mln. manat və ya 2,64% artaraq 2017-ci ilin iyulun 1-nə 6 800,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayı ilə müqayisədə iyunda bankların xarici borclanması 28,8 mln. manat və ya 0,42% azalıb.

Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin iyununda bankların məcmu xarici öhdəliklərin həcmi 424,4 mln. manat və ya 5,87% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin iyulun 1-nə 3 970,4 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 886,9 mln. manat və ya 18,26% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin may ayı ilə müqayisədə iyunda 157 mln. manat və ya 4,12%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR