Bakıda iki avtomobil yol ayırıcısında toqquşub

Bakıda iki avtomobil yol ayırıcısında toqquşub
# 11 aprel 2018 03:18 (UTC +04:00)

Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib. APA-nın verdiyi xəbərə görə, avtoqəza Əcəmi Naxçıvani və Şövkət Məmmədova küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı "BMW" və "Volkswagen" markalı minik maşınları toqquşub. Məlumata görə, "BMW" markalı avtomobil 8-ci mikrorayon istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "Volkswagen"in sürücüsü ona yol verməyib və qəfildən sola manevr etməklə qəzaya şərait yaradıb.

Yol qəzası nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR