Kiyevdə Mixeil Saakaşvili saxlanılıb

Kiyevdə Mixeil Saakaşvili saxlanılıb
# 08 dekabr 2017 22:00 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Saakaşvilinin silahdaşı David Sakvarelidze bəyan edib.

“Mixeili tutdular! Təhlükəsizlik Xidmətinə aparırlar”, deyə D. Sakvarelidze özünün “Feysbuk” səhifəsində yazıb.

“Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar faktı təsdiqləyib.

Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR