Gədəbəydə 17 yaşlı oğlanı bacısı qətlə yetirib

Gədəbəydə 17 yaşlı oğlanı bacısı qətlə yetirib
# 17 iyul 2018 07:08 (UTC +04:00)

Gədəbəydə qətl hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Slavyanka kəndində baş verib. Kənd sakini 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR