Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 01 aprel 2018 12:24 (UTC +04:00)

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi başa çatıb

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanda iştirak etmək üçün 1092 namizəd ərizə təqdim edib.

İmtahanın nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

***

saat 09.15

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan saat 11-00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 15 dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR