Binəqədidə faşizm üzərində Qələbənin 73 illiyi münasibətilə tədbir keçirilib

Binəqədidə faşizm üzərində Qələbənin 73 illiyi münasibətilə tədbir keçirilib
# 09 may 2018 12:13 (UTC +04:00)

Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 73 illiyi münasibətilə tədbir keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşü keçirib. Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçının müavinləri İlqar Süleymanov, Aygün Əliyeva, Vüsar İsmayılov, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, İctimai Birliklərin rəhbərləri, Böyük Vətən Müharibəsi Veteranları İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov və Böyük Vətən Müharibəsi veteranları iştirak ediblər.

X. İsgəndərov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib. O qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edilib və bu gün də prezident İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir.

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Novruz Rəhimov, Böyük Vətən Müharibəsi Veteranları İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar. Böyük Vətən Müharibəsi iştirakçısı Məmməd Quliyev isə döyüş xatirələrindən danışaraq qeyd edib ki, Böyük Vətən Müharibəsi iştirakçılarından bir çoxu hətta Qarabağ döyüşlərində də iştirak ediblər, şücaət göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR