İran prezidenti xarici işlər nazirinin istefasını qəbul etməyib - YENİLƏNİB

İran prezidenti xarici işlər nazirinin istefasını qəbul etməyib - YENİLƏNİB
# 27 fevral 2019 12:40 (UTC +04:00)

İran İslam Respublikasının prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Şərifin istefa ərizəsini qəbul etməyib.

ONA xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Bir qədər əvvəl isə İran prezidentinin saytında Həsən Ruhaninin Məhəmməd Cavad Zərifə məktubu yerləşdirilib. Prezident xarici işlər nazirinə ölkə rəhbərliyinin, o cümlədən ali dini lider Əli Xameneyinin tam etimad bəslədiyini vurğulayıb.

“Öz yolunuzu cəsarətlə, sağlam və sabit şəkildə davam etdirin” – deyə Ruhani qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR