Füzulidə iki avtomobil toqquşub, ölən var

Füzulidə iki avtomobil toqquşub, ölən var
# 11 mart 2019 10:32 (UTC +04:00)

Füzulidə ölümlə nəticələnən yol qəzası baş verib.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bala Bəhmənli kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı, 10 TZ 673 dövlət nömrə nişanlı maşın “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Soltan Cəmil oğlu Vəliyev aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR