ABŞ-ın qərbindəki seçki məntəqələrində səsvermə başlayıb

ABŞ-ın qərbindəki seçki məntəqələrində səsvermə başlayıb
# 08 noyabr 2016 18:19 (UTC +04:00)

ABŞ-ın Kaliforniya və digər qərb ştatlarında seçki məntəqələri işə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə 19.00-da Aydaho, Kaliforniya və Nevada ştatlarında səsvermə başlayıb. Səsvermə Alyaska ştatında 20.00-da, Havay adalarında isə 21.00-da başlayıb.

Qeyd edək ki, seçki məntəqələri ilk olaraq (Bakı vaxtı ilə noyabrın 9-na keçən gecə saat 03.00-da) Kentukki və İndiana ştatlarında bağlanacaq. Səsvermə Ohayoda Bakı vaxtı ilə gecə 03.30-da, Florida, Virciniya və digər mühüm ştatlarda – 04.00-da başa çatacaq. ABŞ-ın qərb hissəsindəki sonuncu seçki məntəqələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saat 08.00-da, Alyaskada isə 09.00-da bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR