Trampdan iğtişaşlarla əlaqədar üç müşavirini istefaya göndərmək xahiş olunub

Trampdan iğtişaşlarla əlaqədar üç müşavirini istefaya göndərmək xahiş olunub
# 15 avqust 2017 23:48 (UTC +04:00)

Nümayəndələr Palatasındakı milli azlıqlar qruplarının rəhbərləri ABŞ prezidenti Donald Trampa ünvanladıqları məktubda Ağ Evdəki üç köməkçisi – Stiv Bennon, Stiven Müller və Sebastyan Qorkunu istefaya göndərməyi xahiş ediblər.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, qaradərili, Latın Amerikası və Asiya ölkələrindən olan milli azlıqların rəhbərləri Şarlottsvill şəhərindəki (Virciniya ştatı ) iğtişaşlardan sonra administrasiyadakı məmurları vəzifəsindən azad etməyə çağırıblar. Məktubda qeyd olunur ki, qeyd olunan məmurların Ağ Evdə mövcudluğu “ağdərililərin digərlərin üzərində üstünlüyünü gücləndirir”.

“Bu qeyri-sabit dövrdə amerikalılar hamımızı birləşdirəcək və aramızda nifaq salmağa çalışanları qınayacaq bir liderə layiqdirlər”, - deyə məktubda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR