Astarada yol polisinin keçirdiyi reyd zamanı 20 sürücü cəzalandırılıb

Astarada yol polisinin keçirdiyi reyd zamanı 20 sürücü cəzalandırılıb
# 08 noyabr 2016 07:22 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) yol-hərəkəti qaydalarını pozan, texniki baxışdan keçməyən, avtomobili sənədsiz idarə edən sürücülərə qarşı reyd keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, reyd avtomobillərin intensiv hərəkət etdiyi şəhərin Heydər Əliyev prospektində reallaşıb. Reyd zamanı bəzi sürücülərin hələ də yol-hərəkəti qaydalarına düzgün riayət etmədikləri aşkar olunub. Belə ki, qaydaları pozan 50-dən artıq sürücü saxlanılıb. Onlardan 20-si barəsində inzibati qaydada protokollar tərtib edilib.


Reyd zamanı saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi, sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitəsinin idarə olunması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, işıqforun qırmızı işığını gözləmədən hərəkət etmə faktları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edən nəqliyyat vasitələri saxlanılaraq RPŞ-nin cərimə meydançasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR