BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edilib

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edilib
# 19 dekabr 2016 11:46 (UTC +04:00)

Bu gün Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin (SEP) yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov SEP-in universitet həyatındakı rolundan bəhs edib. Bildirib ki, ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb. Fakültə kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak edirlər.

Dekan, professor Hikmət Əlizadə fakültənin tarixi və bu günü barədə məlumat verib. Məlum olub ki, hazırda fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir. Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir - 1 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 17 nəfər müəllimdir. Tələbə kontingenti barədə məlumat verən dekan hazırda fakültədə 1400-ə yaxın tələbə, magistrantın təhsil aldığını qeyd edib, tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı barədə görülən işlər barədə danışıb.

Millət vəkilləri Hadı Rəcəbli, Səməd Seyidov və professor Əjdər Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı Fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.

Tədbir işini bədii hissə ilə yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR