Yanvarda 31 çoxmərtəbəli bina qazlaşdırılıb

Yanvarda 31 çoxmərtəbəli bina qazlaşdırılıb
# 03 fevral 2017 07:07 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İB İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik bu ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 31 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 1841 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR