BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
# 29 dekabr 2016 12:11 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu bayramın tarixindən, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığından danışıb.

Qeyd edib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, böyük uğurlara imza atır.

Bu bayramın bütün dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor Abel Məhərrəmov hər iki bayram münasibətilə təbriklərini çatdırıb.

Sonra Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Tarix fakültəsinin müəllimi Səidə Quliyevanın çıxışları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR