Rusiya XİN: ABŞ-ın İrana qarşı yeni sanksiyalarından təəssüflənirik

Rusiya XİN: ABŞ-ın İrana qarşı yeni sanksiyalarından təəssüflənirik
# 06 fevral 2017 11:19 (UTC +04:00)

"Moskva ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən təəssüflənir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib.

"Prinsipcə aydındır ki, sanksiyalar qəbuledilməzdir, bu və ya digər məsələnin həllində uyğun alət deyil. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti birgə hərtərəfli fəaliyyət planının necə həyata keçirilməsinə yönəlib. Bu istiqamətdə biz xüsusi problem görmürük", - deyə o qeyd edib.

S. Ryabkov onu da vurğulayıb ki, İranın ballistik raketləri sınaqdan keçirməsi hərtərəfli birgə fəaliyyət planının və 2231 saylı qətnamənin pozulması demək deyil: "Bu mövqeyimizi ABŞ tərəfinin diqqətinə çatdırmışıq. Ümid edirik ki, hərtərəfli birgə fəaliyyət planının və 2231 saylı qətnamənin müddəalarının ciddi və aydın oxunuşu Vaşinqtonun bu istiqamətdə gələcək xəttinin müəyyən olunmasında əsas olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR