Vaxtı keçmiş xarici valyutada olan kreditlərin həcmi azalıb

Vaxtı keçmiş xarici valyutada olan kreditlərin həcmi azalıb
# 23 fevral 2019 10:45 (UTC +04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi azalır.

ONA-nın məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi 2017-ci illə müqayisədə 2018-ci ildə 2,6 faiz azalıb. Başqa sözlə, 2018-ci il yanvarın 1-ə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 626,7 milyon manat olubsa, 2019-cu il yanvarın 1-nə bu, 1 milyard 585 milyon manata düşüb.

2018-ci ilin yekunlarına görə, vaxtı keçmiş kreditlərin 51,16 faizi, yəni 810,9 milyard manatı, 2017-ci ildə isə 51,48 faizi, yəni 837,5 faizi xarici valyutada olub. Ümumilikdə, 2017-ci illə müqayisədə xarici valyutada olan vaxtı keçmiş kreditlərin həcmi 3,2 faiz azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR