® PAŞA Bank: “Əsas məqsədimiz müştəriləri öz işlərindən ayırmadan onlara xidmət göstərmək və onların məmnuniyyətini artırmaqdır”

 <font color=red>® </font> PAŞA Bank: “Əsas məqsədimiz müştəriləri öz işlərindən ayırmadan onlara xidmət göstərmək və onların məmnuniyyətini artırmaqdır”
# 15 mart 2018 11:22 (UTC +04:00)

Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank 2018-2020 illərdə öz fəaliyyətini rəqəmsal bankçılıq üzərində qurmağı planlaşdırır. Başqa sözlə desək, bank filiallarında müştərilərə təqdim olunan xidmətlərin əksəriyyəti bundan sonra mərhələli şəkildə rəqəmsal formada təqdim olunacaq.

PAŞA Bankdan “APA-Economics”-ə verilən məlumata görə artıq iki ildir istifadəyə verilmiş PAŞA Bankın Mobil bank əlavəsi müştərilərə daha bir unikal xidmət təqdim edir. Azərbaycanda ilk dəfə olaraq parkinq üzrə ödənişi bu mobil bank əlavəsi vasitəsilə həyata keçirmək mümkündür. Artıq avtomobilinizi avto dayanacaqdan çıxardıqda ödəniş etmək üçün növbədə duraraq parkomatda ödəniş etməyə ehtiyac qalmadı. Xidmətdən istifadə etmək üçün PAŞA Bankın kart sahibi Bankın Mobil bank əlavəsinə daxil olur və menyudan parkinq xidmətini seçir. Xidmət açıldıqdan sonra telefon avto dayanacağa daxil olduqda verilmiş parkinq çekinin üzərinə tutulur, kamera vasitəsilə çekin üzərindəki barkod oxunur və ödəyəcəyiniz məbləği ekranda göstərilir. Müştəri razılıq verdikdən sonra məbləğ kartdan silinir. Azərbaycanda bu unikal bir xidmətdir və ölkədə ilk dəfə olaraq PAŞA Bank tərəfindən təqdim edilir. Hal-hazırda “28 Mall Ticarət Mərkəzinin avto dayanacağında və “Garage Parking Nizami” avto dayanacaqda bu xidmətdən istifadə etmək mümkündür. Bu xidmətin digər avto dayanacaqlarda da tətbiqi ilə bağlı hazırda müvafiq inteqrasiya işləri aparılır.

Hər zaman müştəri məmnuniyyətinə önəm verən PAŞA Bankın təqdim etdiyi xidmətlər bununla bitmir. Bankın hazırda üzərində çalışdığı iki yeni platforma müştərilərə endirimlərdən yararlanmağa kömək edəcək.

Birinci platforma bank kartları üzrə endirim imkanları platformasıdır: bu platforma vasitəsilə müxtəlif kafe, restoran, gözəllik salonu kimi məkanlarda müştərilərə endirimlər təqdim olunacaq. PAŞA Bankın təqdim etdiyi endirim platformasının digər bankların təqdim etdiyi endirim platformalarından fərqi odur ki, müştəri məkan işçisinə kartla endirim olması haqqında məlumat vermir - ödəniş zamanı sistem üzrə avtomatik olaraq endirim tətbiq edilir. Digər endirim platformalarında bu endirim avtomatik olaraq tətbiq olunmur. Artıq 20-yə yaxın tərəfdaş bu platformanın üzvüdür və bundan sonra da Bankın tərəfdaşlarının sayı artırılacaqdır.

Digər platforma isə Mastercard ilə birgə həyata keçirdiyimiz Pricelless special platformasıdır. Bu platforma vasitəsilə müştərilər bütün PAŞA Bank POS-terminallarında istər yerli, istərsə də xarici bankın Mastercard kartı ilə ödəniş zamanı endirimdən bəhrələnəcək.

Eyni zamanda PAŞA Bankın məqsədlərindən biri müştəriləri öz işlərindən ayırmadan onlara xidmət göstərmək və onların məmnuniyyətini artırmaqdır. Bu, həmçinin bankın resurslarına qənaət etmək imkanı verir. Müəyyən xidmətləri onlayn platforma üzərindən həyata keçirmək bank filialında digər bank xidmətlərini müştəriyə daha operativ şəkildə təmin etmək imkanı verir.

Mobil bank əlavəsinin təqdim etdiyi digər əvəzsiz xidmətlərdən biri də səfirliklərə bank hesabı ilə bağlı təqdim olunan məktubun onlayn formada əldə olunmasıdır. Ölkə xaricinə gedərkən viza almaq üçün səfirliklərə bank hesabından çıxarışla bağlı məktub lazım olur ki, bunun üçün Mobil bank əlavəsi vasitəsilə müraciət edilir və ödəniş edilir. Bu xidmətin təklif etdiyi üstünlüklərdən biri də odur ki, həftə sonu da daxil olmaqla hesabdan çıxarışları bu Mobil bank əlavəsi vasitəsilə əldə etmək mümkündür. Əgər sizin hesabınıza pul köçürülməlidirsə və hesab nömrənizi yadda saxlaya bilmirsinizsə, bunun üçün banka müraciət etməyə ehtiyac yoxdur. Bu zaman mobil əlavə vasitəsilə müraciət edirsiniz, hesabla bağlı bütün məlumatlarınız elektron ünvanınıza göndərilir.

Bundan sonra Bankın təqdim etdiyi bir çox xidmətlər bank filiallarında deyil, onlayn formada təqdim olunacaq: artıq debet kartların sifarişi, çıxarışların imzalı və möhürü şəkildə əldə edilməsi, səfirliyə məktubların əldə olunması xidmətindən yararlanmaq üçün filiala gəlməyə ehtiyac qalmadı - bütün bu xidmətlər onlayn formada Mobil bank əlavəsi vasitəsilə əldə olunur.

Eyni zamanda Mobil bank əlavəsinin üstünlüyü onun sadəliyindədir. Yalnız üç addımda qeydiyyatdan keçmək mümkündür. İndi Mobil bank əlavəsi daha da təkmilləşdirilmişdir. Belə ki, əvvəl müştəri qeydiyyatdan keçib mövcud kartı haqqında məlumatları daxil edirdi. İndi isə müştərinin PAŞA Bankda mövcud olan bütün kartları avtomatik mobil əlavədə əks olunur. Eyni zamanda, hər bir əməliyyatdan sonra balans dərhal yenilənir.

PAŞA Bankın təqdim etdiyi ilklərdən biri də “ASAN İmza” sertifikatının verilməsi ilə bağlıdır. Bu xidmət də ilk dəfə olaraq Azərbaycanda PAŞA Bank tərəfindən təqdim olunur. Hazırda ASAN İmzanı almaq üçün həm Vergilər Nazirliyi, həm də mobil operatora müraciət etmək lazımdır. PAŞA Bank isə öz fərdi müştərilərinə bank filialında eyni anda həm mobil operator, həm də Vergilər Nazirliyi adından “ASAN İmza” sertifikatını təqdim edir.

PAŞA Bank müştəri məmnuniyyətinin artırılması üçün daim onların rəylərini, təklif və iradlarını nəzərə alır və xidmətlərinin təkmilləşdirilməsində müştərilərindən alınan rəy və təkliflərə əsaslanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR