Azərbaycana narkotik keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Azərbaycana narkotik keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 09 avqust 2017 09:55 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən Ramil Rəhimov və İran vətəndaşı Məhəmmədi Rzanın məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, R. Vəliyev 9 il, M. Rza isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq və digər maddələrinə əsasən ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR